AVF, Respublika Velotreki və ROEQİUGVM-in əməkdaşları təltif ediliblər

02 noyabr, 2022 19:12

AVF, Respublika Velotreki və ROEQİUGVM-in əməkdaşları təltif ediliblər

Azərbaycan Velosiped Federasiyası (AVF), Respublika Velotreki və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEQİUGVM) əməkdaşları idman siyasətinin uğurla həyata keçirilməsi istqamətindəki fəaliyyətlərinə, velosiped idman növünün kütləviləşdirilməsində, gənclər arasında idmana olan marağın artırılmasında göstərdikləri xidmətlərə görə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi tərəfindən təltif ediliblər.


İdarə rəisi Nəcəf Novruzov AVF-nin üzvü Səhər Mehman, Respublika Velotrekinin direktoru Tamerlan Salahov, həmin idman qurğusunun əməkdaşı Vüsal Teymurov və ROEQİUGVM-in baş təlimatçısı Tural Sadıqlıya fəxri fərmanlar təqdim edib.


N.Novruzov ölkəmizdə idmanın inkişafı istiqamətində aparılan uğurlu siyasətə dəstək olduqlarına görə onlara minnətdarlığını birdirərək, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.


Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu