Bakı çempionları müəyyənləşib

08 aprel, 2018 10:45

Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib
Bakı çempionları müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) 2018-ci il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, fərdi və kriterium ötüşməsi üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə keçirilən yarışda klub və cəmiyyətlərin 70-ə yaxın idmançısı mübarizə aparıb.
 
Qala qəsəbəsində təşkil olunan fərdi ötüşmədə Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin (ROEİUGVİM) üzvləri Nəcəf Bağırov, Nikita Sitov, Kamran Mirzəxanov və Ayan Xankişiyeva müvafiq olaraq Gənclər, U-17, U-15 və qızların mübarizəsində 1-ci yeri tutublar. Yalnız 15 yaşadək qızlar arasında 1-ci yerə 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (7 İOEUGİM) təmsilçisi İradə Abdurəhimova layiq görülüb.
 
Veloparkda keçirilən kriterium ötüşməsinə gəlincə, burada Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər Velosiped İdmanı Məktəbinin velosipedçiləri Əli Qurbanov, Nikita Sitov və Ayan Xankişiyeva digər rəqiblərindən daha yaxşı çıxış ediblər. Qaliblər AzVİF və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.
 
Fərdi ötüşmə (8 km)
 
Gənclər (2000-2001)
 
1.     Nəcəf Bağırov (ROEİUGVİM) - 00:10:37
2.     Qadir Mustafayev (ROEİUGVİM) - 00:11:07
3.     Əli Qurbanov (ROEİUGVİM) - 00:11:10
 
U-17 (2002-2003)
 
1.     Nikita Sitov (ROEİUGVİM) - 00:11:19
2.     Əhməd Əhmədov (7 İOEUGİM) - 00:11:38
3.     Natiq Meydərov (ROEİUGVİM) - 00:12:37
 
U-15 (2004-2005)
 
1.     Kamran Mirzəxanov (ROEİUGVİM) - 00:11:35
2.     Mustafa Muxtarlı (7 İOEUGİM) - 00:11:53
3.     Mehram Əhmədzadə (ROEİUGVİM) - 00:12:52
 
Qızlar (Gənclər/U-17)
 
1.     Ayan Xankişiyeva (ROEİUGVİM) - 00:12:14
2.     Elfanə Camalova (ROEİUGVİM) - 00:12:53
3.     Viktoriya Sidorenko (7 İOEUGİM) - 0:13:29
 
Qızlar U-15
 
1.     İradə Abdurəhimova (7 İOEUGİM) - 00:16:23
2.     Aişə İsmayılova (7 İOEUGİM) - 00:16:28
3.     Ayla Rəhimova (7 İOEUGİM) - 00:17:22
 
Kriterium ötüşməsi
 
Qızlar (Gənclər/U-17/Yeniyetmələr)
12 km (1,2 km x 10 dairə / 5 aralıq finiş)
 
1.     Ayan Xankişiyeva (ROEİUGVİM) – 25 xal
2.     Elfanə Camalova (ROEİUGVİM) – 15 xal
3.     Viktoriya Sidorenko (7 İOEUGİM) – 8 xal
 
U-15/U-17 (2002-2003-2004)
19,2 km (1,2 km x 16 dairə / 8 aralıq finiş)
 
1.     Nikita Sitov (ROEİUGVİM) – 40 xal
2.     Mustafa Muxtarlı (7 İOEUGİM) – 21 xal
3.     Kamran Mirzəxanov (ROEİUGVİM) – 17 xal
 
Gənclər (2000-2001)
24 km (1,2 km x 20 dairə / 10 aralıq finiş)
 
1.     Əli Qurbanov (ROEİUGVİM) – 41 xal
2.     Şahin Eyvazov (ROEİUGVİM) – 25 xal
3.     Nəcəf Bağırov (ROEİUGVİM) – 24 xal
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu