Trek velosipedi üzrə Bakı Kubokunun II mərhələsi keçirilib

17 sentyabr, 2023 19:12

Sentyabrın 16-17-də Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə trek velosipedi üzrə Bakı Kubokunun II mərhələsi keçirilib. Respublika Velotrekində baş tutan yarışda 2005-2008-ci il (26 nəfər), 2009-cu il (19 nəfər) və 2010-2011-ci il (17 nəfər) təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci günü idmançılar QİT-200 m (hərəkətlə) və yerindən 1 dairə, ikinci günü isə təqiblə fərdi ötüşmə (2 km) və skretç (24 dairə) növlərində güclərini sınayıblar.

2005-2008-ci il təvəllüdlü oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 12.75/25.00/02.38.20) bütün növlər üzrə ən yaxşı göstəricilərə imza ataraq birinci yerlərə layiq görülüb. 

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində isə Çingiz İsayev (ROEQİUGVM, 14.15/28.30/03.07.04) QİT-200 m (hərəkətlə), yerindən 1 dairə və təqiblə fərdi ötüşmə növlərində qızıl medallar qazanıb. Bu yaş kateqoriyasında skretç növü üzrə Rüstəm Rəcəbli (Təhsil RİM) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Cavid Baxşıyev (ROEQİUGVM, 15.09/31.80) QİT-200 m (hərəkətlə) və yerindən 1 dairə növlərində birinci yerlərdə qərarlaşıb. Bu yaş kateqoriyasında təqiblə fərdi ötüşmə növündə Ümid İsmayılov (ROEQİUGVM, 03.21.43) qızıl medal qazanıb.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu