Veteran velosipedçimiz DÇ-də iştirak edib

30 sentyabr, 2022 20:02

Veteran velosipedçimiz DÇ-də iştirak edib
Veteran velosipedçimiz DÇ-də iştirak edib

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində trek velosipedi üzrə veteranlar arasında dünya çempionatı keçirilib. Yarışda ölkəmiz ilk dəfə azərbaycanlı idmançı, komandamızın keçmiş üzvü Məhəmməd Ələkbərovla təmsil olunub!


Müxtəlif yaş kateqoriyalarında təşkil edilən dünya çempionatında veteran velosipedçimiz 35-44 yaşlı idmançılar arasında skretç və xalla qrup ötüşməsi növlərində mübarizə aparıb. 10 km məsafəyə skretç yarışında M.Ələkbərov 20 iştirakçı arasında 11-ci nəticə göstərib. 20 km məsafəyə xalla qrup ötüşməsində isə təmsilçimiz 14-cü yeri tutub.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu