Rəhbərlik

Mədət Quliyev

Mədət Quliyev

Federasiyanın Prezidenti

Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan olub.

1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatını Mexanikləşdirmə və Elektrikləşdirmə Elmi Tədqiqat İnstitutunda texnik-mexanik işləyib. 
1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1980-ci ildə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyib.
1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1982-1983-cü illərdə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi-təlimatçı işləyib.
1983-1984-cü illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin Kadrlar bölməsində fiziki və atəş üzrə inspektor işləyib. 
1984-1991-ci illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin “Dinamo” İdman Cəmiyyətinin sədr müavini işləyib.
1991-1993-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili işləyib.
1993-cü ildə Gəncə şəhər Polis İdarəsinin Terrorizmlə və banditizmlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili, rəis müavini işləyib.
1993-1994-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin Banditizimə qarşı mübarizə bölməsinin baş əməliyyat müvəkkili, rəisi işləyib.
1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin regional şöbəsinin rəisi işləyib.
1995-1996-cı illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi işləyib.
1996-2001-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini işləyib.
2001-2002-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi işləyib.
2002-2004-cü illərdə AR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi işləyib.
2006-2011-ci illərdə AR Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi işləyib.
2011-2015-ci illərdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi işləyib. 
2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci müavini işləyib və nazir vəzifəsini icra edib.
2015-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi işləyib.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
26 noyabr 2021-ci ildə Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib.


Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir. Dörd övladı var.

Cinayətkarlığa qarşı mübarizə zamanı iki dəfə yaralanıb.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən 2014-cü ildə III dərəcəli Vətənə xidmətə görə və 2018-ci ildə II dərəcəli Vətənə xidmətə görə ordenləri ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə polis general-mayoru, 2012-ci ildə ədliyyə general-leytenantı və 2018-ci ildə general-polkovnik ali hərbi rütbələri verilib.

 

İdarə heyəti

Sahib Ələkbərov

Sahib Ələkbərov

Federasiyanın 1-ci vitse prezidenti

Fuad Hacıyev

Fuad Hacıyev

Federasiyanın vitse-prezidenti

Robert Eyyubov

Robert Eyyubov

Federasiyanın vitse-prezidenti