Artur Lopes: Bakıdakı dünya çempionatı ən yaxşı mundiallardan biridir

11 iyun, 2018 20:28

Artur Lopes: Bakıdakı dünya çempionatı ən yaxşı mundiallardan biridir

“Azərbaycanda olmaqdan çox məmnunam. Bakıdakı dünya çempionatı yüksək səviyyədə təşkil edilən mükəmməl idman yarışı oldu. Mən bir çox dünya çempionatlarında olmuşam. Deyə bilərəm ki, Bakı yarışı gördüyüm ən gözəl çempionatlardan biri idi”.

Bu sözləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) BMX komissiyasının sədri və İttifaqın İdarə Heyətinin üzvü Artur Lopes qaliblərin mükafatlandırma mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.

“Çempionat çox yüksək səviyyədə keçdi. Bu, Beynəlxalq Velosipedçilər İttifaqı üçün ən böyük nailiyyətlərdən biridir. Biz Bakıya yenidən qayıtmaq istərdik” - deyən Artur Lopes yarışla bağlı danışarkən qeyd edib ki, beşgünlük mundial ərzində yalnız bir gün hava şəraiti ilə əlaqədar çətinlik yarandı. Lakin ortaya çıxan çətinlik növbəti gün peşəkarlıqla aradan qaldırıldı.

UCI rəsmisi BMX üzrə dünya çempionatının yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan dövlətinə və təşkilatçılara təşəkkürünü belə ifadə edib: “Biz bu çempionatın böyük uğurla keçdiyinin şahidi olduq. Təşəkkürlər, Azərbaycan! Təşəkkürlər, Bakı!”.

 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu