07 avqust, 2022 17:18
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında avqustun 7-də Azərbaycan velosipedçiləri növbəti yarışlarda iştirak ediblər. Elit/U23 yığma komandamızın üzvləri Konya Velodromunda baş tutan trek velosipedinin xallar üzrə qrup ötüşməsi növündə mübarizə aparıblar.
Qadınlar arasında yarışda Viktoriya Sidorenko və Ayan Xankişiyeva, kişilər arasında yarışda isə Musa Mikayılzadə və Nəcəf Bağırov güclərini sınayıblar.
Perspektivli velosipedçimiz Ayan Xankişiyeva əzmkar mübarizə apararaq 13 xalla 4-cü yerə layiq görülüb. M.Mikayılzadə isə 8 xalla 7-ci yerə çıxıb.
Digər idmançılarımız V.Sidorenko və N.Bağırovdan uğurlu nəticələr gözlənilsə də, onlar ümidləri doğrultmayıb və imkanlarından tam istifadə edə bilməyərək mübarizəni tamamlamayıblar.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında baş məşqçilər Asif Həsənov (şose üzrə) və Elçin Qərəmanovun (trek üzrə) rəhbərliyi ilə kişi velosipedçilərdən Elçin Əsədov, Nəcəf Bağırov, Əmral Abduləzizli, Əli Qurbanov, Musa Mikayılzadə, Şahin Eyvazov, Elgün Əlizadə, qadın velosipedçilərdən isə Viktoriya Sidorenko, Ayan Xankişiyeva və Lalə Əbdürəhmanova iştirak edirlər.
İdmançılarımız həm trek, həm də şose növlərində yarışırlar.
56 ölkədən 4200 idmançının qatıldığı V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi avqustun 9-da, bağlanış mərasimi isə avqustun 18-də baş tutacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu