Azərbaycan çempionları müəyyənləşdi

05 iyul, 2018 10:25

Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi
Azərbaycan çempionları müəyyənləşdi

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) daxili çempionatların təşkili məqsədilə milli federasiyalar üçün müəyyənləşdirdiyi təqvim planına əsasən Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarışda klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
 
Bütün yaş kateqoriyaları üzrə təşkil olunan çempionat zamanı Elit və U23 yaş qrupunda mükafatlara “Synergy Baku” kontinental komandasıın üzvləri layiq görülüblər. 24 km məsafəyə fərdi ötüşmədə Elçin Əsədov 1-ci, Musa Mikayılzadə 2-ci, Elgün Əlizadə isə 3-cü yeri tutub. 140 km məsafəyə qrup ötüşməsi zamanı Kiril Pozdnyakov bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Samir Cəbrayılov və Elçin Əsədov isə finişi müvafiq olaraq 2-3-cü keçiblər.
 
Gənc oğlanların 24 km məsafəyə fərdi ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Qadir Mustafayev hamını qabaqlayıb. Onun komanda yoldaşı Şahin Eyvazov isə gənclərin 90 km məsafəyə qrup ötüşməsində finiş xəttini 1-ci keçib.
 
17 yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvü Əmral Əbdüləzizli həm 16 km məsafəyə fərdi, həm də 63 km məsafəyə qrup ötüşməsində ən yüksək nəticə göstərib. Oğlanların U15 yaş kateqoriyasında  8 km məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbindən Mustafa Muxtarlı fərqlənib.
 
Gənc qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ayan Xankişiyeva 16 km məsafəyə fərdi, həmçinin 63 km məsafəyə qrup ötüşməsində Azərbaycan çempionu olub. Bu məktəbin digər nümayəndəsi Elfanə Camalova isə 17 yaşadək qızlar arasında müvafiq olaraq 8 və 37 km fərdi və qrup ötüşməsində bütün rəqiblərini qabaqlayıb. Və nəhayət, 15 yaşlı qızların 8 km-ə fərdi ötüşməsində 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbindən Gülşən İsmayılova qızıl medala layiq görülüb.
 
Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların fərdi reytinq cədvəlində öz əksini tapacaq.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu