Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Mişel Turk ilə görüşüb

29 aprel, 2023 11:24

Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Mişel Turk ilə görüşüb
Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Mişel Turk ilə görüşüb

Aprelin 28-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Avropa Motosikletçilər İttifaqının keçmiş vitse-prezidenti Mişel Turk ilə görüşüb.


Lüksemburqdan olan idman funksioneri Avropada motosiklet idmanının hazırki vəziyyəti və inkişafı haqqında məlumat verib.


M.Quliyev isə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. O, bədən tərbiyəsi və idmanının inkişafının Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.


AVF prezidenti müasir müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı, infrastrukturun daha da yaxşılaşdırılması, yeni və müasir standartlara uyğun yolların inşası, həmçinin digər quruculuq işləri haqqında geniş məlumat verib.


O, gənclərin motosiklet idmanına böyük maraq göstərdiklərini, bu idman növünün Azərbaycanda populyar olduğunu bildirib.


M.Quliyev ölkəmizdə motosiklet idmanı üzrə yarışların keçirilməsi üçün inşa edilən yeni motokross treki, motoidmanın inkişafı istiqamətində aparılan digər işlər haqqında danışıb.


Görüş zamanı birgə əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu