“Bakı 2019"un startına 50 gün qaldı

01 iyun, 2019 18:35

“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı
“Bakı 2019"un startına 50 gün qaldı

"Bakı-2019" Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması və müasir Olimpiya hərəkatının yaranmasının 125 illik yubileyi münasibətilə "Baki 2019" Əməliyyat Komitəsi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə tədbir təşkil edilib. Bu tarix 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf etdiyindən Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi tədbiri qeyd etmək məqsədi ilə Festivalın irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramında iştirak edən 500 məktəblini idmançıların qalacağı "Atletlər kəndi"nə dəvət edib.

Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil nazirinin müavini Firudin Qurbanov, MOK-un baş katibinin müavini Azər Əliyev, "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, Gənclər və İdman Nazirliyinin və MOK-un rəsmiləri, olimpiya çempionları və digər qonaqlar iştirak ediblər.

Gənclər və İdman naziri Azad Rəhimov yarışa hazırlığın plana uyğun getdiyini qeyd edərək deyib: "Bu günkü tədbirdə uşaqların iştirakı çox vacib amildir, çünki biz texniki və əməliyyat tədbirləri ilə yanaşı, uşaqlar və yeniyetmələr arasında idmanın təbliğini qarşımıza məqsəd qoymuşuq. Biz mümkün qədər çox uşağın idmana maraq göstərməsini və sağlam həyat tərzi sürməsini istəyirik".

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz çıxışında müasir Olimpiya hərəkatının 125 illik yubileyinin Avropa Gənclər Yay Olimpiya Festivalının başlamasına 50 gün qalması tədbiri ilə birgə qeyd olunmasının əhəmiyyətdən danışıb. Onun sözlərinə görə dostluğu, qarşılıqlı hörməti, sülhü və mükəməlliyi özundə ehtiva edən Olimpizm daha geniş mənaya və məzmuna malikdir. Məhz bu səbəbdən Bakı şəhərində keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır.

Təhsil nazirinin müavini Firudin Qurbanov Avropa Gənclər Yay Olimpiya Festivalı və onun irsi çərçivəsində həyata keçirilən Olimpiya Mədəniyyəti və Təhsil Proqramının məktəblilər üçün əhəmiyyətindən söz açıb. Nazir müavininin sözlərinə görə, bu kimi beynəlxalq proqramlar məktəblilərin hərtərəfli inkişafı, xüsusilə onların dünya görüşünün formalaşmasında misilsiz rola malikdir.

"Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov qeyd edib ki, kampaniyanın təşkilatçıları uşaq və yeniyetmələrin idmana maraq göstərdiyini, idmanın fərqli növlərinin inkişaf etdiyi və yayıldığını, uşaq və yeniyetmələrin sağlamlığının və idmançılar ilə dost münasibətlərinin möhkəmləndiyini müşahidə edirlər: "Ən yaxşı nəticə göstərən uşaqlar, XV "Bakı-2019" Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak etmək və festivalı yaxından izləmək imkanını qazanacaqlar. Onlar peşəkar idmançılarla canlı ünsiyyət qurmaq, onlarla məşq etmək, idmançılar isə öz növbələrində tədbirin gənc iştirakçıları ilə təcrübələrini və dəyərlərini bölüşmək imkanını əldə edəcəklər.

Tədbirdə Atletika, Basketbol, Tennis, Üzgüçülük və Velosiped İdmanı Federasiyaları öz idman növlərini interaktiv formada təqdim edib, maraqlı faktlar haqda danışıb və daha sonra iştirakçıların hər birinə öz güclərini sınamaq imkanını verib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu