Bakının bəzi yerlərində velosiped yolları salınacaq

10 aprel, 2019 12:35

Bakının bəzi yerlərində velosiped yolları salınacaq

Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür.

Bu barədə Azvision.az -a BNA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasında “Yol Hərəkətinin Təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun, velosiped yollarının və zolaqların yaradılması Agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib.

Qeyd olunub ki, “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski - Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, Nəriman Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulub.

Müzakirə mərhələsində olan layihələrdən biri də Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlıdır. Eyni zamanda şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək. Məlumat üçün bildiririk ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində artıq velosiped yolları və dayanacaqları quraşdırılaraq insanların istifadəsinə verilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu