Beynəlxalq Yoqa Günü münasibəti ilə növbəti yoqa dərsi keçirilib

22 iyun, 2023 09:18

Beynəlxalq Yoqa Günü münasibəti ilə növbəti yoqa dərsi keçirilib
Beynəlxalq Yoqa Günü münasibəti ilə növbəti yoqa dərsi keçirilib
Beynəlxalq Yoqa Günü münasibəti ilə növbəti yoqa dərsi keçirilib
Beynəlxalq Yoqa Günü münasibəti ilə növbəti yoqa dərsi keçirilib

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin (MSN) Yoqa İdman Klubunun və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılığı, Hindistanın ölkəmizdəki səfirliyi və  Azərbaycan Velosiped Federasiyasının (AVF) dəstəyi ilə Beynəlxalq Yoqa Günü münasibəti ilə keçirilən növbəti açıq yoqa dərsi iyunun 21-də Bakı Bulvarında təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhanan tədbir iştirakçılarını Azərbaycan dilində salamlayaraq xoş arzularını çatdırıb və qeyd edib ki, bu yoqa dərslərinin iştirakçıları Hindistanla Azərbaycan arasında dostluq körpüsüdürlər.

Bundan sonra yoqa təlimi üzrə mütəxəssis, klasik yoqa məktəbinin təsisçisi Elçin Quliyev, “Art of living” təşkilatının rəhbəri Kənan Məmmədov və yoqa müəllimi İradə Əliyevanın təqdimatında açıq yoqa dərsinə başlanılıb.

Açıq hava məkanında baş tutan dərsdə MSN-in Yoqa İdman Klubunun, Klassik Yoqa Məktəbinin və AVF-nin üzvləri, həmçinin həvəskarlar iştirak ediblər. Tədbirə ümumilikdə 200-ə yaxın iştirakçı qatılıb.

Hatha yoqa praktikası ilə başlayan açıq dərs musiqili proqram ilə davam etdirilib.

Sonda iştirakçılara vegetarian yeməkləri təqdim edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu