Ədalətli İdman Günü ilə əlaqədar seminar keçirilib

11 aprel, 2019 22:05

10 Aprel – Ədalətli İdman Günü ilə əlaqədar Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində seminar təşkil edilib. Tədbirdə velosipedçilərlə yanaşı, digər idman növləri ilə məşğul olan yeniyetmə və gənclər də iştirak edib.

AMADA-nın təhsil üzrə meneceri Lalə Hacıyeva idmanda bərabərliyin qorunmasının vacibliyindən, ədalətli qələbə və “təmiz idman”ın əhəmiyyətindən danışaraq AMADA-nın bu istiqamətdə fəaliyyəti haqqında məlumat verib. Menecer istifadəsi qadağan olunmuş preparatlardan istifadəyə qarşı görülən işlər, idmançıların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələr və perspektivlərdən də geniş söhbət açıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Antidopinq Agentliyi (WADA) 10 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. 2013-cü il aprelin 10-da Cənubi Amerikanın 17 ölkəsinin iştirakı ilə keçirilən WADA-nın təhsil konfransında ədalətli idman təşəbbüsü irəli sürülüb. Cənubi Amerika ölkələrinin təşəbbüsünə daha sonra Avropa, ardınca isə bütün dünya ölkələri qoşulub. Hər il bu təşəbbüsə müxtəlif ölkələr qoşularaq silsilə tədbirlərə ev sahibliyi edirlər. Bu isə hərəkatın qloballaşmasına imkan yaradır. Hərəkatın sıralarının genişlənməsi dünyada “təmiz idmançılar”ın sayının artmasına, atletlərə rəqibə ədalətlə yanaşmaq və təmiz qələbə hislərini aşılamağa böyük töhfə verir.
 
Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu