Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar veloyürüş keçiriləcək

07 may, 2023 15:43

Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar veloyürüş keçiriləcək

Mayın 10-da Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar veloyürüş keçiriləcək. 


Azərbaycan Velosiped Federasiyası (AFV) və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutacaq veloyürüş saat 16:00-da Nizami Gəncəvi prospektindən (Ramada Plazanın qarşısından) start götürərək Heydər Əliyev Mərkəzinədək davam edəcək.

 

Veloyürüşdə AVF-nin idmançıları, 100 qadın təhsil işçisi, 100 qadın valideyn və 100 şagirdlə yanaşı, digər həvəskar velosipedçilər də iştirak edəcəklər.


Yürüşdən öncə AVF-nin Gəncə şəhərində filialının rəsmi açılış mərasimi keçiriləcək.

 

Qeyd edək ki, bugünədək veloyürüşdə iştirak üçün 450 nəfər müraciət edib.


Tədbirə qatılmaq istəyən şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:


Qeydiyyat linki: 

https://forms.office.com/r/PHVjNCuUZZ

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu