Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçirilib

02 iyun, 2023 12:38

Beynəlxalq Yoqa Günü ilə bağlı təşkil edilən silsilə tədbirlər çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə Hindistanın Azərbaycandakı səfirliyinin birgə təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyası (AVF) və Klassik Yoqa Məktəbinin dəstəyi ilə Respublika Velotrekində ictimaiyyətə açıq yoqa dərsi keçirilib.

“Yoqa sağlam həyat tərzinin realizə vasitəsidir” mövzusunda baş tutan geniş tərkibli tədbirdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Hindistanın Azərbaycandakı səfirliyi, AVF, MSN-in Yoqa İdman Klubu, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi, Respublika Velotreki, Klassik Yoqa Məktəbinin rəhbər şəxsləri və üzvləri, həmçinin 200-ə yaxın yoqa həvəskarları iştirak ediblər.

Öncə Hindistanın ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan Respublika Velotrekində velosiped muzeyi ilə tanış olub. Ona muzeydə sərgilənən velosipedlər və eksponatlar, həmçinin AVF-nin fəaliyyəti haqqında ətraflı məlumatlar verilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti bugün Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Vurğulanıb ki, sağlam həyat tərzinin təminatında müstəsna təsirə malik olan yoqa ölkəmizdə yüksələn xətt üzrə inkişaf edir və bu istiqamətdə önəmli addımlar atılır.

İdman və bədən tərbiyəsi xalqlar və dövlətlər arasında yaxınlıq, bəzən isə dostluq münasibətlərinin yaranmasında, mədəniyyətlərarası bağların möhkəmlənməsində, multikulturializmin inkişafında, eləcə də bir çox əhəmiyyətli məsələlərdə mühüm təsirə malikdir.

Sonra səfir S.Madhusudhanana Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi ilə nəfis tərtibatda hazırlanmış və 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə təqdimatı olunmuş “Yoqa və düşüncənin gücü” kitabı hədiyyə edilib. 

Daha sonra yoqa təlimi üzrə beynəlxalq diploma və Yoqa Şiromani tituluna malik Elçin Quliyevin rəhbərliyi ilə fiziki hərəkətlər və nəfəs texnikası üzrə açıq dərs başlayıb.

Tədbirin bədii hissəsində isə tanınmış rəqqasə Solmaz Əsgərova milli və hind rəqsləri nümayiş etdirib.

Sonda iştirakçılara vegetarian yeməkləri təqdim edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu