Sahib Ələkbərov Avropa Oyunlarının mükafatlandırma mərasimində

25 iyun, 2019 12:50

Belarusun paytaxtı Minskin qəbul etdiyi II Avropa Oyunlarında qadın velosipedçilərin fərdi ötüşmə yarışına yekun vurulub. 28 km məsafəni 36 dəqiqə, 17 saniyəyə qət edən isveçrəli Marlen Rösser bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Hollandiyalı Şantal Blaak və Böyük Britaniya təmsilçisi Hayle Simonds çempiona müvafiq olaraq 1 dəqiqə, 15 saniyə və 1 dəqiqə, 27 saniyə uduzmaqla gümüş və bürünc medala yiyələniblər.

İdmançılara mükafatları Avropa Velosipedçilər Birliyi (UEC) adından qurumun Rəhbər Komitəsinin üzvü, Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov, Təşkilat Komitəsi adından isə Rumıniya Olimpiya və İdman Komitəsinin prezidenti, qılıncoynatma üzrə Sidney-2000 Yay Olimpiya Oyunlarının qalibi Mihay Kovaliu təqdim ediblər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu