“Təhsil” RİM-in Açıq Birinciliyi keçirilib

30 oktyabr, 2018 16:05

2018-ci il üçün təsdiq edilmiş təqvim planına əsasən, Respublika Velotrekində “Təhsil” Respublika İdman Mərkəzinin yeniyetmələr arasında trek velosipedi üzrə Açıq Birinciliyi keçirilib. Yarışda klub və cəmiyyətlərin 100-ə yaxın üzvü iştirak edib.

15 yaşadək qızların 1 km məsafəyə fərdi ötüşmə yarışında 7 saylı Olimpiya Məktəbinin nümayəndəsi Gülşən İsmayılova bütün rəqiblərini qabaqlamaqla 1-ci yeri tutub. Eyni yaş kateqoriyasında oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Mehran Əhmədzadə fəxri kürsün ən yüksək pilləsinə qalxıb. U-17 yaş kateqoriyasında qızlar arasında Elfanə Camalova, oğlanlar arasında isə Nikita Sitov hamıdan güclü olub. Adları çəkilən idmançılar Respublika Olimpiya Velosiped Məktəbini təmsil edir.

17 yaşadək qızların 5 km məsafəyə dairəvi qrup ötüşməsində 7 saylı Olimpiya Məktəbinin yetirməsi Lalə Əbdürəhmanova bütün rəqiblərindən güclü olub. Nikita Sitov isə fərdi ötüşmədən savayı, 8,5 km məsafəyə qrup ötüşməsində də çempionluq sevinci yaşayıb.

Qalib və mükafatçılar Azərbaycan Velosiped İdmanı Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu