Tokio 2020-yə ilk lisenziya xalları qazanıldı

06 may, 2019 16:02

Tokio 2020-yə ilk lisenziya xalları qazanıldı

Türkiyədə Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour of Mesopotamia” yarışına yekun vurulub. 4 mərhələdən ibarət velotur Elit yığma komandamızın üzvü Elçin Əsədov üçün uğurlu nəticə ilə yadda qalıb.

Yarış mərhələlərində müvafiq olaraq 11, 10, 13 və 29-cu olan təmsilçimiz bununla da ümumi təsnifatda 10-cu yeri tutub və ölkə reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 3 lisenziya xalı qazandırıb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayınadək davam edəcək.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu