Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib

08 iyul, 2023 15:59

İyulun 6-8-də trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda bütün yaş kateqoriyalarında idmançılar iştirak ediblər.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən çempionatın birinci günündə idmançılar QİT (yerindən), ikinci günündə fərdi ötüşmə, üçüncü günündə isə çıxmaqla qrup ötüşməsi növlərində mübarizə aparıblar.

Elit/U23 yaş kateqoriyasında kişilər arasında QİT-1 km (yerindən) yarışında Nofəl Nuriyev (MSN, 01.14.12), 3 km məsafəyə fərdi ötüşmə növündə Samir Cəbrayılov (ROEQİUGVM, 03.46.76), çıxmaqla qrup ötüşməsində isə Kamran Mirzəxanov (Sərhədçi, 10.04.90) birinci yerə layiq görülüblər.

Gənc oğlanların mübarizəsində QİT-1 km (yerindən) yarışı, 3 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Tural İsrafilov (ROEQİUGVM, 01.13.21 / 03.47.94 / 10.04.90) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yeniyetmə oğlanlar arasında QİT-500 m (yerindən) yarışı, 2 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Ravi Rzayev (ROEQİUGVM, 37.38 / 02.43.38 / 18.07.16) hamıdan üstün olaraq qızıl medal qazanıb.

Qadınlar arasında isə QİT-500 m (yerindən) yarışında Məryəm Əfqanzadə (ROEQİUGVM, 43.63), 2 km məsafəyə fərdi ötüşmə və çıxmaqla qrup ötüşmələrində Radha Şabanova (ROEQİUGVM, 03.01.89 / 06.16.52) bütün rəqiblərini qabaqlayaraq birinci yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına göndəriləcək, həm ölkənin, həm də idmançıların şəxsi reytinqində nəzərə alınacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu