Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar

26 iyul, 2023 10:10

Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar
Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar
Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar
Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar
Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar
Velosipedçilərimiz EYOF-da mübarizəyə başlayıblar

Şose velosipedi üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandası Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) mübarizəyə başlayıb. İdmançılarımız iyulun 25-də fərdi ötüşmə növündə güclərini sınayıblar.


Maribor Hava Limanının ərazisində təşkil edilən yarışda həm qızlar, həm də oğlanlar 10 km məsafə qət ediblər.


79 idmançının qatıldığı qızların mübarizəsində milli komandamızın üzvlərindən Məryəm Əfqanzadə (00:15:25,17) 30-cu, Ayan Məmmədzadə (00:16:44,13) 71-ci, Xədicə Nabatzadə (00:17:43,71) 79-cu yerdə qərarlaşıblar.


Yarışın qalibi isə niderlandlı idmançı Megan Arens (00:14:24,66) olub.


90 velosipedçinin iştirak etdiyi oğlanların yarışında idmançılarımızdan Artyom Proskuryakov (00:14:04,95) 59-cu, Ravi Rzayev (00:14:37,98) 81-ci, Turqut Qurbanlı (00:15:27,98) 84-cü yerlə kifayətləniblər.


Niderland təmsilçisi Gijs Schoonvelde (00:12:52,89) isə qızıl medal qazanıb.


İdmançılarımız iyulun 27-də qrup ötüşməsi növündə mübarizə aparacaqlar.


Qeyd edək ki, ölkəmiz EYOF-da dağ velosipedi yarışında da təmsil olunur. İyulun 26-da milli komandamızın üzvü Maksim Polikarpov "cross country" növü üzrə mübarizəyə qatılacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu