Velosipedçimiz Belçikada çempion oldu

17 iyul, 2018 13:50

Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu
Velosipedçimiz Belçikada çempion oldu

Azərbaycanın şosse velosipedi üzrə Elit yığması və “Baku Cycling Project” kontinental komandasının üzvü Kiril Pozdnyakov Belçikada keçirilən nüfuzlu “Dentergem” turunun qalibi olub. 169,6 km-dən ibarət olan və 110 velosipedçinin iştirak etdiyi birgünlük yarış təmsilçimizin solo-finişi ilə yadda qalıb.
 
Bu ilin iyununda keçirilən Azərbaycan çempionatının qalibi olmuş Kiril Pozdnyakov çempion köynəyi ilə mübarizə apardığı ilk yarışda məsafəni 3 saat, 45 dəqiqə, 30 saniyəyə başa vurub və ən yaxın izləyicisini 11 saniyə qabaqlayıb.
 
Qeyd edək ki, 1954-cü ildən etibarən təşkil edilən “Dentergem” turu Belçikanın ən nüfuzlu yarışlarından sayılır və müxtəlif illərdə planetin ən güclü velosipedçiləri bu yarışın qalib və mükafatçısı olub.
 

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu