Velosipedçimiz Portuqaliyada 3-cü oldu

11 dekabr, 2018 11:45

Velosipedçimiz Portuqaliyada 3-cü oldu
Velosipedçimiz Portuqaliyada 3-cü oldu
Velosipedçimiz Portuqaliyada 3-cü oldu
Velosipedçimiz Portuqaliyada 3-cü oldu
Velosipedçimiz Portuqaliyada 3-cü oldu

Portuqaliyada trek velosipedi üzrə ənənəvi “Prova Internacional Municipo de Anadia” turnirinə yekun vurulub. Beynəlxalq Velosipedçilər İttifaqının 1-ci kateqoriyalı yarışı Azərbaycanın Elit yığma komandasının üzvü Sergey Omelçenko üçün uğurlu nəticə ilə yadda qalıb.

Keyrin növündə mübarizə aparan təmsilçimiz təsnifat yürüşünü inamla keçərək final mərhələsinə vəsiqə qazanıb. Həlledici yürüşdə İspaniya və Kanadanın 2, İtaliyanın isə 1 idmançısı ilə mübarizə aparan velosipedçimiz finiş xəttini 3-cü keçib və Anadia turnirinin bürünc medalına layiq görülüb. İtaliyalı Francesko Sesi 1-ci, ispan Xose Moreno Sançes isə 2-ci olub.

Nüfuzlu yarışda əldə etdiyi bürünc medal Sergey Omelçenkoya həm də 160 reytinq xalı qazandırıb. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, trek növündə yarışan velosipedçilər Yay Olimpiya Oyunlarına 2 il qalmış iştirak etdikləri yarışlarda reytinq xalları toplamaqla 4 illiyin zirvə yarışına lisenziya əldə edirlər.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu