Yığmamızın üzvü Mərakeşdə 2-ci oldu

25 iyul, 2019 11:44

Yığmamızın üzvü Mərakeşdə 2-ci oldu
Yığmamızın üzvü Mərakeşdə 2-ci oldu

Şose velosipedi üzrə Elit yığma komandamızın lideri Elçin Əsədov Mərakeşdə mötəbər birgünlük yarışda uğur əldə edib. UCI-ın 1.2 kateqoriyalı “Challenge du Prince - Trophée de l'Anniversaire” turunda 146 km məsafəni 2-ci yerdə başa vuran velosipedçimiz bununla da ölkəmizin reytinqinə Tokio-2020 Yay Olimpiya Oyunları üçün 30 reytinq xalı qazandırıb.

Qeyd edək ki, Elçin 2 gün əvvəl Mərakeşdə təşkil edilən digər birgünlük “Challenge du Prince - Trophée Princier” turunda 9-cu olmaqla daha 3 lisenziya xalı əldə etmişdi.

Mərakeşə Elçin Əsədovdan başqa U23 yığmamızın üzvləri Mikayıl Səfərli ilə Mahmud Məmmədov da yollanıb və onların əsas vəzifəsi millimizin liderinin uğurlu çıxışına yardım etməkdir.

Komandamız iyulun 25-də sonuncu birgünlük yarış - “Challenge du Prince - Trophée de la Maison Royale” turunda iştirak etdikdən sonra Vətənə qayıdacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu