Xəbərlər

Başlanma tarixi

Bitmə tarixi

22 oktyabr, 2018 17:05
Həvəskarların Müstəqillik Gününə həsr olunmuş ölkə çempionatı keçirilib

18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Respublika Velotrekində həvəskar velosipedçilər arasında trek növü üzrə açıq Azərbaycan çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda yaşı 18-dən yuxarı olan 300-ə yaxın qadın və kişi velosipedçi mübarizə aparıb.

16 oktyabr, 2018 16:10

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) Yaxın Şərq və Asiya ölkələri üzrə texniki nümayəndəsi kimi “Tour of Turkey” yarışında olub. Oktyabrın 9-dan 14-dək qardaş ölkədə təşkil edilən velotur UCI-nin yüksək kateqoriyası – Dünya Turu səviyyəsində təşkil edilib.

Davamını oxu

15 oktyabr, 2018 13:35

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının vahid idman təqvim planına əsasən, Respublika Velotrekində trek velosipedi üzrə Respublika Olimpiya Velosiped Məktəbinin Açıq Birinciliyi keçirilib. Yarışda klub və cəmiyyətlərin 200-ə yaxın velosipedçisi iştirak edib.

Davamını oxu

10 oktyabr, 2018 16:28

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi münasibətilə Biləsuvar rayonunda həvəskar velosipedçilər arasında yarış keçirilib. Biləsuvar rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə baş tutan tədbirdə 150-yə yaxın velosipedçi iştirak edib.

Davamını oxu

07 oktyabr, 2018 17:20

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə “Az avtomobil - çox həyat” devizi altında veloyürüş keçirilib. Avtomobilsiz istirahət günü ənənəsini təbliğ edən veloyürüş Azneft meydanından start götürməklə Heydər Əliyev Mərkəzinədək davam edib.

Davamını oxu

30 sentyabr, 2018 13:00

Sentyabrın 23-dən 30-dək Avstriyanın Tirol vilayətinin İnnsbruk şəhərində velosiped idmanının şosse növü üzrə sayca 91-ci dünya çempionatı keçirilib.

Davamını oxu

30 sentyabr, 2018 12:30
29 sentyabr, 2018 14:05
29 sentyabr, 2018 12:30

Ölkəmizin şosse velosipedi üzrə gənc qızlardan ibarət yığma komandasının üzvləri Ayan Xankişiyeva və Elfanə Camalova, həmçinin oğlanlardan ibarət U-17 millimizin üzvü Nikita Sitov məşqçi Aleksey Qorikovun rəhbərliyi altında Belçikaya yollanıb.

Davamını oxu

28 sentyabr, 2018 16:30