Şamaxı filialı

Azərbaycan Velosiped Federasiyasının (AVF) Şamaxı filialı 2022-ci ilin aprel ayından fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı gün Azərbaycan Velosiped  Federasiyasının prezidenti Mədət Quliyev tərəfindən Şamaxı filialına velosipedlər və ehtiyat hissələri hədiyyə edilib.


Filialın yaradılmasının əsas məqsədi bu regionda velosiped idman növünə marağı artırmaq, kütləviliyi təmin etmək, müxtəlif veloyürüşlər həyata keçirmək və peşəkar idmançılar yetişdirməkdir. AVF-nin Şamaxı filialının idmançıları müxtəlif veloyarışlar və veloyürüşlərdə iştirak ediblər. AVF-nin 2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən Dağ Velosiped Parkında keçirilmiş MTB üzrə mövsümün açılış yarışında, eləcə də Qobustan Gənclər Evi və Qobustan Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Qalib Gənclərimizin Zəfər Veloyürüşü” adlı yürüşdə Şamaxı velosipedçiləri fəallıqları ilə seçiliblər.

Şamaxıda Yeni Azərbaycan Partiyası Şamaxı rayon Təşkilatı, Şamaxı rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped Federasiyası Şamaxı filialının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş velosiped yürüşü də təşkil edilib.


AVF Şamaxı filialının kollektivinin qarşısında veloyarışlarda iştirak edərək böyük naliyyətlər əldə etmək hədəfi qoyulub.


Azərbaycan Velosiped Federasiyasının Şamaxı filialının direktoru Toğrul Şıxıyevdir.

Əlaqə: +994 55 483 18 53