20 aprel, 2024

Azərbaycan Kubokunun ikinci mərhələsi keçirilib

Davamını oxu

04 aprel, 2024

Trek velosipedi üzrə Azərbaycan Kubokunun birinci mərhələsi keçirilib

Davamını oxu

04 mart, 2024

Şose velosipedi üzrə mövsümün açılış yarışı keçirilib

Davamını oxu

Azərbaycan Velosiped
Federasiyası haqqında

Ölkəmizdə dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları medalların sayı durmadan artır. Bu işin həyata keçirilməsində və uğurlu nəticələrin əldə olunmasında federasiyaların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Velosiped Federasiyası da yarandığı ilk gündən üzərinə düşən öhdəliklərin ciddi və məsuliyyətli olmasını anlayaraq işini günün tələbləri səviyyəsində qurub. Federasiyanın gördüyü işlər, əldə etdiyi uğurlar və həyata keçirdiyi layihələr artıq öz bəhrəsini verir.

Velopark - Azərbaycanın açıq səma altında yerləşən ən böyük idman qurğularından biridir.

Bura nəinki azərbaycanlı, eyni zamanda dünyanın velosiped həvəskarlarının ən çox diqqət yetirdiyi məkandır. Çünki velosiped idmanının BMX növü üzrə 2018-ci il dünya çempionatının keçirildiyi trek məhz Veloparkda yerləşir.

Burada ilk ağaclar ötən əsrin 70-ci illərinin əvvəllərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə əkilib.

Azərbaycan Velosiped Federasiyası Ulu Öndərin Veloparkda ağacəkmə kampaniyasında iştirakını göstərən unikal lent yazısını təqdim edir.

Qeyd edək ki, Veloparkda iki yerdə Ulu Öndər Heydər Əliyevin öz əlləri ilə əkdiyi Eldar şamları və zeytun ağaclarının yanında qoyulmuş xatirə lövhələri də bunu təsdiq edir.

Yarışların nəticələri

Tədbirlər