Mountenbayk idman növü öz üzərində qaya və uçurumların, sıldırımlı enişlərin, palçıqlı cığırların və digər nahamar yolların qət edilməsi kimi ekstremal xüsusiyyətləri birləşdirir. Bu səbəbdən də adı çəkilən fəaliyyət növü adətən dağ velosiped yürüşləri və ya Mountenbayk adlanır.
Dağ velosipedlərinin tarixi Birləşmiş Krallıqda Roughstuff Fellovship, Avropada isə dərə-təpəliklərdə keçirilmiş yarışlardan əldə olunan ianələri (ənənələri) özündə cəmləşdirir. “Mountain bike” ifadəsi çap formasında ilk dəfə 1966-cı ildə “Mountain bicycle” adı altında meydana çıxmışdı. Dağ velosipedi enişli dağ cığırlarında istifadə olunan dəyişdirilmiş ağır kreyser velosipedidir. Bu idman növü 1970-ci ildə ABŞ-ın Kaliforniya ştatında, Marin Kountidə daha da məşhurlaşdı. 2007-ci ildə Klunkerzinin ekranlaşdırdığı Mountenbayk haqqında sənədli filmdə həmin dövrdə velokros velosiped yürüşləri təfərrüatı ilə şərh edilir. Lakin 1970-ci ilin sonu, 1980-cil ilin əvvəllərində velosiped şirkətləri M4 alüminium kimi yüngül materiallardan istifadə edərək dağ velosipedləri istehsal etməyə başladı. Bir qədər baha olmasına baxmayaraq, titan, hidroqəlibləmə ilə əldə olunan alüminium və karbon lif raması son illər ərzində daha çox istifadə olunur. Dağ velosipedlərinin ilk kütləvi istehsalı Specialized Stumpjumper olmuşdur, ilk dəfə 1981-ci ildə istehsal edilmişdir. 1990-2000-ci illər ərzində dağ velosiped yarışları artıq kiçik idman növü hesab olunmurdu, belə ki, bu idman növü beynəlxalq yarışlarda və dünya çempionatlarında təmsil olunan əsas fəaliyyət növünə çevrilmişdi.
Dağ velosipedində idmançıların qarşısına qoyulan tələb dağ yollarında lazım olan manevrləri yerinə yetirməkdir. Bu idman növündə xüsusi konstruksiyaya malik dağ velosipedlərindən istifadə olunur. Dağ velosipedi yarışları enişli-yoxuşlu dağ yolları, kəskin dönüşlər olan ərazilərdə təşkil edilir.
Bütün tədbirləri gör
13 may, 2024
Davamını oxu
Bütün xəbərləri gör
Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya Kuboku keçirilib.
Davamını oxu
Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutacaq yarışda idmançılar qrup ötüşməsində mübarizə aparacaqlar
Davamını oxu
Avqustun 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Bakı Kuboku keçirilib.
Davamını oxu