Azərbaycan Respublkası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə cari ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı “Sağlam ətraf mühitə doğru”, “Sağlam həyat tərzi” şüarları fonundaSumqayıt Texnoloqiyaları Parkı MMC-nn təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi və birgə iştrakçılığı ilə 11 may 2024-cü il tarixdə saat 10:30-dan saat 12:00-dək paytaxtın mərkəzi küçələrində velosiped yürüşü keçirildi. Veloyürüş Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının yaxınlığından Dəniz Vağzalınadək olan məsafədə yeni salınan velosiped zolağında təşkil olundu.STP-nin 50 nəfər işçisinin iştirakı ilə baş tutan veloyürüşdə əsas məqsəd kimi ekoloj cəhətdən təmiz nəqliyyat vasitəsi hesab olunan velosipetin gündəlik həyatda istifadəsinə üstünlük verilməsini və bu sahədə kütləviliyə nail olunmasınınpaytaxt sakinlərinə sərgiləmək, sağlam həyat tərzini təbliği və təşviqi olmuşdur.
Veloyürüşün startı ərəfəsində STP-nin baş icraçı direktoruHicran Valehov və AVF-nin baş katibi Elnarə Musayeva yürüş iştirakçıları qarşısında çıxış edərək nəqliyyat vasitəsi kimivelosipedin sağlam həyat tərzinin keçirilməsində və təmizətraf mühitn qorunmasında rolu və əhəmiyyəti barədə fikirlər söyləyərək bü cür tədbirlərin davamlı şəkildə keçiriləcəyini bildirdilər.
Velosiped Federasiyasi
11 may, 2024 10:30
Bakı
MTB
50
Ödənişsiz