Federasiyanın Prezidenti
Mədət Qəzənfər oğlu Quliyev 1958-ci il sentyabrın 27-də Gəncə şəhərində anadan
olub.
1976-cı ildə Azərbaycan Kənd Təsərrüfatını Mexanikləşdirmə və
Elektrikləşdirmə Elmi Tədqiqat İnstitutunda texnik-mexanik işləyib.
1980-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1997-ci ildə Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1980-ci ildə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi işləyib.
1980-1982-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1982-1983-cü illərdə Gəncə şəhərindəki “Dinamo” İdman Cəmiyyətində məşqçi-təlimatçı
işləyib.
1983-1984-cü illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin Kadrlar bölməsində
fiziki və atəş üzrə inspektor işləyib.
1984-1991-ci illərdə Gəncə şəhəri Daxili İşlər İdarəsinin “Dinamo” İdman Cəmiyyətinin
sədr müavini işləyib.
1991-1993-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş
əməliyyat müvəkkili işləyib.
1993-cü ildə Gəncə şəhər Polis İdarəsinin Terrorizmlə və banditizmlə mübarizə
şöbəsinin baş əməliyyat müvəkkili, rəis müavini işləyib.
1993-1994-cü illərdə Gəncə şəhər Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin
Banditizimə qarşı mübarizə bölməsinin baş əməliyyat müvəkkili, rəisi işləyib.
1994-1995-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mütəşəkkil
cinayətkarlıqla mübarizə idarəsinin regional şöbəsinin rəisi işləyib.
1995-1996-cı illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin Reketlə mübarizə şöbəsinin rəisi işləyib.
1996-2001-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin rəis müavini işləyib.
2001-2002-ci illərdə AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin rəisi işləyib.
2002-2004-cü illərdə AR Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin
rəisi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi
Bürosunun rəisi işləyib.
2006-2011-ci illərdə AR Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi
işləyib.
2011-2015-ci illərdə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini -
Penitensiar Xidmətin rəisi işləyib.
2015-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin birinci
müavini işləyib və nazir vəzifəsini icra edib.
2015-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
işləyib.
Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.
26 noyabr 2021-ci ildə Azərbaycan Velosiped Federasiyasının prezidenti seçilib.
Rus, ingilis, alman və türk dillərini bilir.
Ailəlidir. Dörd övladı var.
Cinayətkarlığa qarşı mübarizə zamanı iki dəfə yaralanıb.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 1995-ci ildə Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən 2014-cü ildə III dərəcəli
Vətənə xidmətə görə və 2018-ci ildə II dərəcəli Vətənə xidmətə görə ordenləri
ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə polis
general-mayoru, 2012-ci ildə ədliyyə general-leytenantı və 2018-ci ildə
general-polkovnik ali hərbi rütbələri verilib.