Dünyada iqlim dəyişikliyinə qarşı qlobal mübarizə tədbirlərinin sistemli olaraq aparılması üçün ölkəmizdə cari ilin“Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində Respublika Diaqnostika Mərkəzinin Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə 12 may 2024-cü il tarixdə saat 10:00-dan saat 12:00-dək dənizkənarı bulvarda yeni salınmış velosiped zolağı ilə “Azneft” dairəsindən Dəniz vağzalınadək ərazidə velosiped yürüşü keçirildi.
Yürüşdə Respublika Diaqnostika Mərkəzinin və həmin Mərkəzin Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyinin 50 nəfər işçisinin, eləcə də Azərbaycan Velosiped Federasiyasının Baş katibi, İcraiyyə Komitəsinin nümayəndələrinin iştirakı ilə “Azneft” dairəsində torpaqlarımızın işğaldan azad olunmasında həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və dövlət himni səsləndirildikdən sonra yürüşə start verildi.
Veloyürüşün keçirilməsinin əsas məqsədi ətraf mühitin qorunmasında ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olan velosipedin istifadəsinə üstünlük verilməsi zərurətini şəhər ictimaiyyətinə aşılamaq və sağlam həyat tərzinin təbliği yolu ilə maarifləndirmə işləri aparmaq olmuşdur.
Velosiped Federasiyasi
12 may, 2024 10:00
Bakı
MTB
50
Ödənişsiz