Dağ velosipedi üzrə Federasiya Kuboku keçiriləcək

16 mart, 2023 13:25

Dağ velosipedi üzrə Federasiya Kuboku keçiriləcək

Martın 18-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi (MTB) üzrə Federasiya Kuboku keçiriləcək. Xocasəndə yerləşən Dağ Velosipedi Parkında baş tutacaq yarışda idmançılar qrup ötüşməsində mübarizə aparacaqlar.


15 və 17 yaşadək oğlanlar təyin olunmuş marşrut üzrə 9 km (2 dairə), Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar isə 13,5 km (3 dairə) məsafə qət edəcəklər.


Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçiriləcək yarışa saat 12:00-da start veriləcək.  İdmançıların qeydiyyatı isə start yerində saat 11:00-da başlayacaq.


Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu