15 iyun, 2022 19:05
2022-ci il üçün
təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped
Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə
Azərbaycan çempionatı keçiriləcək.
Beynəlxalq
Velosipedçilər İttifaqının (UCİ) mövcud qaydalarına əsasən təşkil ediləcək
yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar
mübarizə aparacaqlar.
İlk yarış
günündə velosipedçilər Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığından
start götürməklə fərdi ötüşmələr, ikinci yarış günündə isə “Dreamland” Qolf
Klubun yaxınlığından Qala qəsəbəsi istiqamətində start götürməklə qrup
ötüşmələrində mübarizə aparacaqlar.
Yarışın
proqramına əsasən, fərdi ötüşmələrdə U17 yaş kateqoriyasındakı idmançılar, gənc
oğlanlar və qızlar, həmçinin U23/Elit yaş kateqoriyasında olan qadınlar 20 km,
U23/Elit yaş kateqoriyasında olan kişilər isə 38 km məsafə qət edəcəklər.
Qrup
ötüşmələrində 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənc qızlar və 23 yaşadək
qadınlar 75 km, gənc oğlanlar 90 km, 23 yaşadək kişilər 120 km və elit yaş
kateqoriyasında olan kişilər isə 135 km məsafədə yarışacaqlar.
Yarışın
qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri
Beynəlxalq Velosipedçilər İttifaqına da göndəriləcək və həm ölkəmizin, həm də
idmançıların şəxsi reytinqində nəzərə alınacaq.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu
Beynəlxalq Yoqa Günü ilə bağlı Azərbaycanda keçirilən Yoqa Festivalı çərçivəsində iyunun 4-də Respublika Velotrekində açıq yoqa dərsi təşkil edilib. Azərbaycan Velosiped Federasiyası (AVF), Hindistanın Azərbaycandakı Səfirliyi və Klassik Yoqa Məktəbinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Nazirliyin və AVF-nin bir qrup nümayəndəsi, eləcə də 100-dən çox həvəskar iştirak edib.
Davamını oxu