04 iyun, 2022 16:34
Beynəlxalq Yoqa Günü ilə bağlı Azərbaycanda keçirilən Yoqa Festivalı çərçivəsində iyunun 4-də Respublika Velotrekində açıq yoqa dərsi təşkil edilib. Azərbaycan Velosiped Federasiyası (AVF), Hindistanın Azərbaycandakı Səfirliyi və Klassik Yoqa Məktəbinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, Nazirliyin və AVF-nin bir qrup nümayəndəsi, eləcə də 100-dən çox həvəskar iştirak edib.
Tədbirdə yoqanın inkişafı istiqamətində Azərbaycanda həyata keçirlən təbliğat işlərindən söhbət açılıb, Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın ölkəmizdə yoqanın populyarlaşdırılması və inkişafı ilə bağlı gördüyü işlərdən danışılıb.
Yoqa mütəxəssisi Elçin Quliyevin rəhbərliyi ilə Hatha Yoqa praktikası üzrə hərəkətlər icra olunub.
Daha sonra Solmaz Əskərova və Rinat Alimovun iştirakı ilə musiqi proqramı baş tutub.
Musiqi proqramının ardınca, qonaqlara vegetarian yeməkləri təqdim olunub.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.
Qeyd edək ki, BMT Baş Assambleyasının 2014-cü ildə yekdilliklə qəbul etdiyi qərarla iyunun 21-i Beynəlxalq Yoqa Günü elan edilib. Həmin gün münasibətilə dünyanın müxtəlif ölkələrində yoqa festivalları keçirilir.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu