Şose

Şosedə velosiped sürmə, velosiped sürmənin ən geniş yayılmış formasıdır. Bura əyləndirici, yarış və praktiki daşınma üçün nəzərdə tutulmuş velosipedlər daxildir. Şosedə velosiped sürənlər digər maşın sürənlər və motosikletçilər kimi eyni qaydalara və qanunlara riayət etməlidirlər və nəqliyyat velosipedçisi sayıla bilərlər.

Haqqında

Şosedə velosiped sürmə üçün nəzərdə tutulan velosipedlər endirilən sükana və çoxlu sayda dişli çarxlara malikdir. Baxmayaraq ki, onun tək və müəyyən sayda dişli çarxları olan növləri də mövcuddur. Şose velosipedlərində yellənməyə qarşı müqaviməti azaltmaq və digər növ velosipedlərdən daha yüngül olmaq məqsədilə həmçinin ensiz, yüksək təzyiqli şinlər istifadə olunur. Yol velosipedinin az çəkisi və aerodinamikası insanlarının bir yerdən digər yerə daşınmasında bu növ velosipedlərin ən effektiv özü hərəkət edən nəqliyyat növü olmasına imkan yaradır. Velosipedçinin daha aerodinamik vəziyyətdə olması məqsədilə endirilən sükanlar çox vaxt oturacaqdan aşağı səviyyədə yerləşdirilir. Hamar və ya yarı-hamar protektorlu şinlərlə təchiz edilən dağ velosipedləri şəhər kənarında yaşayan sakinlər arasında məşhurdur. Az effektiv olsalar da şaquli sürmə vəziyyəti velosipedçiyə yol hərəkətini daha yaxşı görmək imkanını yaradır və bu velosipedlər palçıqdan qoruma lövhələri, yük qoyma yerləri və digər aksesuarlarla asanlıqla təchiz edilə bilər. Praktiki daşınma üçün nəzərdə tutulmuş velosipedlər kontekstində yol velosipedi gündəlik işə getmə, velosiped biznesi (velosiped kuryeri və velosiped rikşası) və istirahət daxil olmaqla cürbəcür məqsədlər həyata keçirir. Şosedə velosiped sürərkən ümumi nəzakət qaydası digər nəqliyyat vasitələrinin riayət etdiyi qaydalara və qanunlara riayət etməkdir. Şosedə velosiped sürərkən nəqliyyata qarşı diqqətli olmaq çox vacibdir. Şose velosipedlərində olan aerodinamika səbəbindən yol boyu hərəkət edən avtomobil sürənlər üçün yolla gedən velosipedçiləri görmək çətin ola bilər. Daha nəzərə çarpan olmaq üçün parlaq və əks etdirən rənglər geyinmək qəza ehtimalını azaldır. Şose yarışları dünyanın demək olar ki, bütün ölkələrində ictimaiyyətin diqqətini cəlb edən və baxılan idman növüdür. Velosipedin müstəsna effektivliyi onu istirahət əyləncələri, nəqliyyat və ya yarış üçün çox məşhur vasitə etmişdir. O, yollarda və cığırlarda istifadə olunur, lakin əsasən beton və səki yolları ilə məhdudlaşdırılır.

Şose qaydaları

Şose velosiped idmanı bərk örtüyü olan alfalt yollarda fərdi və qrup ötüşmələri şəklində keçirilir. Velosipedçilərin hərəkət etdiyi marşrutun uzunluğu yaş kateqoriyasına uyğun olaraq dəyişir. Şose velosiped idmanı digər velosiped idman növləri arasında daha çox inkişaf etmişdir.

Şose idmançıları

Tural İsrafilov

Doğum tarixi: 15.12.2006

Tamerlan Vitovskiy

Doğum tarixi: 29.11.2006

Kamran Mirzəxanov

Doğum tarixi: 05.02.2004

Viktoriya Sidorenko

Doğum tarixi: 11.01.2003

Musa Mikayılzadə

Doğum tarixi: 16.06.1998

Xəbərlər - Şose

Bütün xəbərləri gör

06 may, 2024

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Veloyürüş keçirilib.

Davamını oxu

04 mart, 2024

Şose velosipedi üzrə mövsümün açılış yarışı keçirilib

Davamını oxu

20 dekabr, 2023

Qusar OİK-in 15 illik yubileyi münasibətilə velosiped yarışı keçirilib

Davamını oxu