Noyabrın 5-də Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş veloyürüş keçiriləcək.
Vətən müharibəsi qaziləri, müxtəlif gənclər təşkilatlarının nümayəndələri və digər həvəskar velosipedçilər, həmçinin Azərbaycan milli komandasının üzvlərinin iştirak edəcəyi veloyürüşə saat 11:00-da “Azneft” dairəsindən start veriləcək. İştirakçılar Dənizkənarı Bulvarla hərəkət edərək Hərbi Qənimətlər Parkının qarşısında yürüşü başa vuracaqlar.
Daha sonra Hərbi Qənimətlər Parkına baxış keçiriləcək.
Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan həvəskarları tədbirə qatılmağa dəvət edir.
Velosiped Federasiyasi
01 noyabr, 2022 15:55
Bakı
HIGHWAY
10-100
Ödənişsiz