Bakıda veloyürüş keçirilib
Mayın 19-da Azərbaycan Velosiped Federasiyası (AVF), Səhiyyə Nazirliyi və Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.
Yürüşdə Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin idmançıları, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 50 nəfərin qatıldığı veloyürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar velosiped zolağı ilə hərəkət edərək Bakı Dəniz Vağzalının qarşısında yürüşü başa vurublar.
Sonda xatirə şəkli çəkdirilib.
Velosiped Federasiyasi
19 may, 2024 10:00
Bakı
HIGHWAY
50
Ödənişsiz