Şose velosipedi üzrə mövsümün açılış yarışı keçirilib

03 mart, 2024 16:03

Martın 2-3-də şose velosipedi üzrə mövsümün açılış yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Qobustan qoruğunun ərazisində baş tutan turnirdə ümumilikdə 97 idmançı iştirak edib.

Fərdi ötüşmə növündə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 15 km, 15 və 17 yaşadək oğlanlar, həmçinin qadınlar 10 km, qrup ötüşməsində isə 15 yaşadək oğlanlar 30 km, 17 yaşadək oğlanlar isə 36 km məsafə qət ediblər.

Fərdi ötüşmə növü üzrə Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Maksim Polikarpov (ROEQİUGVM, 25.50.03), 17 yaşadək oğlanların yarışında Rəşad Əliyev (ROEQİUGVM, 16.41.55), 15 yaşadək oğlanların mübarizəsində Röyal Aslanov (ROEQİUGVM, 18.58.30), qadınlar arasında isə Milanə Xəlilova (ROEQİUGVM, 20.01.49) birinci yerə layiq görülüblər.

Qrup ötüşməsi növü üzrə isə 17 yaşadək oğlanlar arasında Rəşad Aliyev (ROEQİUGVM, 1.02.25), 15 yaşadək oğlanların mübarizəsində Ümid İsmayılov (ROEQİUGVM, 59.07) birinci yerdə qərarlaşıblar.

Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu