7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi

Hazırda “Təhsil” Respublika İdman Mərkəzinin nəzdində fəaliyyət göstərən 7 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi (7İOEUGİM) 1969-cu ildə yaradılıb. Məktəbin velosiped idmanı ilə məşğul olan idmançıları Əhmədli qəsəbəsində yerləşən 7İOEUGİM-ə məxsus velobazada,  Respublika Velotrekində və şoselərdə məşq keçirlər.

Məktəbin yetirmələrinin uğurları:


7İOEUGİM-də velosiped, boks, qılıncoynatma, üzgüçülük, voleybol və basketbol bölmələri fəaliyyət göstərir. Məktəbin yetirmələri dəfələrlə Avropa, dünya və Olimpiya çempionları olublar. 7İOEUGİM-in iki yetirməsi - Boris Koretski və İlqar Məmmədov Seul Olimpiadasında qılıncoynatma üzrə Olimpiya çempionu adını qazanıblar. Salman Əlizada isə 2008-ci ildə keçirilən boks üzrə Avropa və dünya birinciliyinin qalibi olub.


Məktəbin velosiped idmanı yetirmələrindən olan Elgün Əlizadə və Nicat Niftəliyev Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq velosiped turnirində iştirak edərək, ikinci yerə çıxıblar.


Bundan əlavə, N.Niftəliyev 2012-ci ildə Niderlandda keçirilən 48-ci Avropa turunda qrup yarışında bürünc medal qazanıb.


2012-ci ildə Rusiyanın Anapa səhərində baş tutan açıq Rusiya birinciliyində E.Əlizadə və N.Niftəliyev 5-6-cı yerləri tutublar.


2012-ci ildə Kişinyovda Moldova prezidentinin şərəfinə təşkil edilən turnirdə E.Əlizadə finiş xəttini 4-cü keçib. Bundan başqa, E.Əlizadə 2014-cü il Avropa çempionatının qrup yarışlarında 11-ci yeri tutmaqla Azərbaycan velosiped idmanı tarixində hələ ki, ən yüksək nailiyyətə imza atıb.


Məktəbin rəhbərliyi:


Məktəbin direktoru Neman Qasımovdur.


Uzun illər Əbülfəz Məmmədov həm 7İOEUGİM-in, həm də milli yığma komandanın baş məşqçisi vəzifəsində çalışıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Fəxri Fərmana layiq görülüb. Təcrübəli mütəxəssis uzun sürən ağır xəstəlikdən sonra 2022-ci ilin noyabr ayında dünyasını dəyişib.


Hazırda məktəbin baş məşqçi vəzifəsində Qurban Tağıyev çalışır. Velosiped üzrə məşqçi-müəllim də məhz Q.Tağıyevdir. 


Məktəb rəhbərliyi 10 yaşdan etibarən oğlan və qızları idmanın bu növü ilə məşğul olmaq üçün velosiped idman məktəbinə dəvət edir.


7 saylı ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi

Əlaqə:

 (+99412) 594 68 89

(+99450) 503 18 67