BMX üzrə Azərbaycan çempionatı keçiriləcək

BMX üzrə Azərbaycan çempionatı keçiriləcək

09 sentyabr, 2022 Bakı

Tədbir haqqında

Sentyabrın 9-da Azərbaycanda ilk dəfə velosiped idmanının BMX növü üzrə ölkə çempionatı keçiriləcək. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkil edəcəyi yarış Bakıda yerləşən Veloparkdakı BMX meydaçasında baş tutacaq. Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçiriləcək çempionatda bütün yaş kateqoriyalarında olan idmançılar iştirak edəcəklər. Yarış saat 17:00-da start götürəcək. Bütün velosipedçilər qrup yarışında (1 dairə) mübarizə aparacaqlar. Qaliblər hər yaş kateqoriyasında ən yaxşı vaxta görə müəyyənləşəcək.

Yarışda ilk üç yeri tutan velosipedçilər Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Ölkə çempionatının keçirilməsində məqsəd velosiped idmanının BMX növünün təbliği və inkişafı, perspektivli idmançıların aşkar edilməsi, müxtəlif yaş kateqoriyalarında idmançıları və idman həvəskarlarını aktiv velosiped sürməyə cəlb etmək, Azərbaycanın regionlarında əhali arasında bədən tərbiyəsi, sağlamlıq və idman fəaliyyətinin aktivləşdirilməsidir.

Yarışda iştirak etmək üçün sifarişlər təşkilatlar tərəfindən müvafiq qaydada təsdiq edilmiş formada 08.09.2022-ci il tarixində saat 10:00-dan 12:30-dək Azərbaycan Velosiped Federasiyasının İdman şöbəsinə təqdim edilməlidir.

Qeyd edək ki, Azərbaycan çempionatına baxmaq üçün giriş pulsuzdur. Bütün idman həvəskarlarını velosipedçilərimizə dəstək olmağa dəvət edirik.

Təşkilatçı:

Velosiped Federasiyasi

Tarix:

09 sentyabr, 2022 17:00

Şəhər:

Bakı

Kateqoriya:

BMX

İştirakçı sayı:

10-100

Giriş:

Ödənişsiz

Paylaş: