BMX

Velosiped motokrosu və ya BMX- start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür.

Tarixi

BMX 1970-ci illərin əvvəlində Kaliforniyanın cənubunda dövrünün motokros ulduzlarından ilhamlanan uşaqların torpaqlı cığırlarda velosipedlərini yarışdırmağa başlaması ilə meydana gəlmişdir. BMX yarışı 1970-ci illərin ortalarında qeyri-adi bir hadisə idi. Yeniyetmələr və uşaqlar Kaliforniyada xüsusi cığırlar ətrafında, nahamar yollarda standart yol velosipedləri ilə yarışırdılar. Onlar motokros yarışlarını imitasiya edərək motosikletçı geyimində nahamar yollarda bir biri ilə rəqabət aparırdılar. 1972-ci ildə motosiklet yarışına həsr olunmuş “On Any Sunday” (Hər şənbə günü) sənədli filmiümumilikdə Birləşmiş Ştatlarda milli hərəkatı ruhlandırmaqla əlaqədar idi. Onun açılış səhnəsində nahamar cığırlarda idarə olunan Stinq reyslər sürən uşaqlar təsvir olunmuşdu. Həmin on illiyin ortalarına qədər bu idman çox böyük kütləyə çatdı və istehsalçılar xüsusilə bu idman növü üçün dizayn edilmiş velosipedlər hazırlamağa başladılar. BMX 2003-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin proqramına daxil edilir və ilk dəfə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında keçirilir. Bu olimpiya oyunu zamanı BMX kişilər və qadınlar arasın təşkil edilmişdir. BMX üzrə kişilər arasında ilk olimpiya çempionları Latviyadan Maris Ştromberq və qadınlar arasında Fransadan Anna Karolina Şosson olmuşdur. 2011-ci ilin 28 mayında 24 yaşlı BMX idmançısı Ced Mildon BMX velosipedində geriyə 3 qat salto etməklə dünya rekordu vurmuşdur.

BMX-in növləri

Frestayl

BMX-in "Freestyle" istiqaməti tərcümədə mənası "sərbəst stil" özündə əsasən bir neçə istiqaməti birləşdirir

Vert (ingilis dilindən Vertical - dik, şaquli) istiqaməti BMX-in bu istiqaməti əsasən U şəkilli düzəldilən xüsusi rampalarda aparılır. BMX idmançısı bu rampanın bir ucundan digər ucuna BMX velosipedi ilə tullanaraq havada müxtəlif tryuklar göstərir.

Dirt (ingilis Dirt - çirk, palçıq) BMX-in bu istiqamətində idmançı əsasən palçıqlı nahamar və dərə təpəli yollarda yüksək sürət yığaraq çox çətin sayılan tryuklar həyata keçirir.

Street (ingilis - küçə) BMX-in əsasən şəhər şəraitində küçələrdə olan maneələri aşmaqla keçirilən istiqamətidir. Məsələn BMX-in bu istiqaməti, idmançı velosipedlə pilləkənlərin, nərdivanların üstündən və ya üzərindən və s. kimi buna oxşar maneələri aşmaqla tullanma hərəkətlərinin icrasına yönəlib.

Park (ing.- park) BMX-in "Street" və "Vert" istiqaməti arasında olan bir növüdür. BMX idmançısının bu növü ilə məşğul olan şəxs xüsusi park bir ərazidə məşğul olur. Bu parkda bu istiqamət üçün səciyyəvi olan xüsusi maneələr tramplinlər, rampalar və s. quraşdırılır.

Fristayl BMX hazırda hər il keçirilən Ekstrim İdmanları, Yay X Oyunları yarışında əsas tədbirlərdən biridir və Etnies Backyard Jam ilk olaraq Birləşmiş Ştatların Şərq və Qərb sahillərində keçirilmişdir. Sürmə yerlərinin mövcudluğu və fəndlər etməyin nisbətən asanlığı səbəbindən idmanın məşhurluğu artırmışdır.

BMX-in Flatland növü

Flatland (ing. flat - səth, yastı, land - ərazi,)

BMX-in bu istiqamətinin qeyri rəsmi adı "velosiped ilə rəqs" adlanır. Bu istiqamətin əsas məğzi hamar, yastı yollarda müxtəlif tryuklar göstərməkdir. Bu istiqamət idmançılar üçün daha az zədələnmə ehtimalı olan idman növü sayılır. Velosiped motokrosu və ya BMX- start xəttindən istifadə edən və maneələri olan cığırlarda motokros stilində yarışan velosipedlərlə bağlı idman növüdür.

BMX qaydaları

Velosiped idmanının BMX növündə yarışlar torpaq yolda keçirilir. Start 1,5 metrdən 8 metrədək hündürlükdə olan yamacdan verilir, bir qayda olaraq dörd düz və üç əyri hissədən ibarət yolda müxtəlif maneələr yerləşdirilir: “stol”, ikiqat tramplin, üçqat tramplin, “pilləkən”, dalğalar və s. Yürüşdə eyni vaxtda səkkiz idmançı iştirak edir.

Xəbərlər - BMX

Bütün xəbərləri gör

09 sentyabr, 2022

Sentyabrın 9-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə velosiped idmanının BMX növü üzrə ilk dəfə ölkə çempionatı keçirilib.

Davamını oxu

01 sentyabr, 2022

BMX üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu