Trek

Trek yürüşləri adətən trek velosipedlərindən istifadə olunmaqla xüsusi olaraq inşa olunmuş enişli treklərdə və ya velodromlarda (lakin bir çox yarışlar trek virajının nisbətən dayaz olduğu köhnə velodromlarda keçirilir) keçirilən velosiped yarışlarıdır.

Tarixi

Trek Yürüşləri təxminən 1870-ci ildən gündəmə gəlmişdir. Velosiped yürüşlərinin ilkin mərhələlərində taxtadan qapalı treklər müasir velodromları xatırladan iki düz qaçış cığırından və yüngülcə yana əyilən döngələrdən ibarət olmaqla inşa olunurdu. Qapalı trek yürüşlərinin keçirilməsində əsas məqsədlərdən biri tamaşaçılara asan nəzarət olunmasından ibarət idi. Nəticədə, giriş haqqı tutulurdu, bu da trek yarışlarını gəlirli idman növünə çevirməyə imkan verirdi. İlk trek yarışları təxminən 2 min insanı cəlb edə bilmişdi. Qapalı trek yürüşləri ilk dəfə bütün ili davam edən velosiped yürüşlərinin keçirilməsinə də imkan yaratdı. Britaniyada trek yarışlarının həyata keçirilməsi üçün nəzərdə tutulmuş ilk əsas mərkəzlər Birminhem, Şeffild, Liverpul, Mançestr (milli velosiped sportu mərkəzi) və London şəhərlərində olmuşdur. Trek yürüşlərinin keçirildiyi müddətində nəzərə çarpan əsas dəyişikliklər sırasına, velosipedlərin tez bir zamanda daha çox məsafə qət edə bilməsi üçün daha yüngül və daha aerodinamik hazırlanması daxil edilə bilər. 1912-ci il Olimpiya oyunları istisna olmaqla, trekdə velosiped yürüşləri müasir Olimpiya Oyunlarının hər birində təmsil olunmuşdur. Qadınların iştirakı ilə keçirilən trek yürüşləri 1988-ci il müasir Olimpiya Oyunlarına daxil edilən ilk yarış olmuşdur.

Trek qaydaları

Trek velosipedi üzrə yarışlar Velotreklər və Velodromlarda təşkil edilir. Bu yarışlar fərdi və qrup halında həyata keçirilir. Trek yarışlarında vaxt mühüm rol oynayır. İdmançının qarşısında duran əsas tələb hədəfə maksimum tez çatmaqdır. Burada əsasən güc və texnika tələb olunur.

Trek idmançıları

Tural İsrafilov

Doğum tarixi: 15.12.2006

Tamerlan Vitovskiy

Doğum tarixi: 29.11.2006

Tədbirlər - Trek

Bütün tədbirləri gör

Xəbərlər - Trek

Bütün xəbərləri gör

26 noyabr, 2023

Vətən müharibəsi qaziləri və jurnalistlər arasında velosiped yarışı keçirilib

Davamını oxu

22 oktyabr, 2023

Trek velosipedi üzrə mövsümün bağlanış yarışı keçirilib

Davamını oxu

17 sentyabr, 2023

Trek velosipedi üzrə Bakı Kubokunun II mərhələsi keçirilib

Davamını oxu