1-ci mərhələdə 6-cı yer

04 mart, 2021 21:20

1-ci mərhələdə 6-cı yer
1-ci mərhələdə 6-cı yer

Türkiyənin Alanya bölgəsində gənc velosipedçilər arasında Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Velo Alanya Junior” yarışı start götürüb. 2 günlük yarışda baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında heyəti Nikita Sıtov, Kamran Mirzəxanov və Nofəl Nuriyevdən ibarət komandamız da iştirak edir.

 

Yarışın 1-ci mərhələsində iştirakçılar 101 km məsafə qət ediblər. Təmsilçilərimizdən ən yüksək nəticəyə Nikita Sıtov imza atıb – o mərhələ qalibindən cəmi 1 saniyə geri qalaraq 2 saat, 26 dəqiqə, 55 saniyə göstərici ilə 6-cı olub.

 

Sabah keçiriləcək sonuncu - 2-ci mərhələdə velosipedçilər 6,3 km məsafəyə fərdi ötüşmədə mübarizə aparacaqlar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu