05 noyabr, 2022 17:01
Noyabrın 5-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin (MSN) təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş motokross üzrə klub yarışı keçirilib.
Yasamal rayonu ərazisində motokross üzrə yeni inşa edilmiş Motokross Parkında keçirilən idman yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva iştirak ediblər.
Yarışda MSN-in Motosiklet İdman Klubu, MXC Motoməktəb və “MotoMondo” klubunun 10 idmançısı təmsil olunub.
İdmançılar 2 kateqoriyada mübarizə aparıblar. Gənclər sinfində (125 cc) yarışan idmançılar arasında Camal Babayev (MXC Motoməktəb) birinci yerə layiq görülüb. Şahin Ağasiyev (MSN-in Motosiklet İdman Klubu) ikinci, Emin Tağıyev (“MotoMondo” klubu) üçüncü yerlə kifayətləniblər. Kişilər arasında (250 cc) mübarizə aparan idmançılardan Sabir Babayev qızıl (MXC Motoməktəb), onun ən yaxın izləyicisi Vaqif Əhmədov (“MotoMondo” klubu) gümüş, Oleq Kuliyev (MSN-in Motosiklet İdman Klubu) isə bürünc medalın sahibi olub.
Qaliblər medal, diplom və kubokla təltif olunublar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu