AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

29 dekabr, 2022 17:14

AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
AVF-də ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

Dekabrın 29-da Azərbaycan Velosiped Federasiyasında (AVF) ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin baş katibi Elnarə Musayeva, İcraiyyə Komitəsinin üzvləri Vüqar Salahov, Nadim Babayev və Elşən Həsənov, idman direktoru Viktor Osadçiy, milli yığma komandanın məşqçi və idmançı heyəti, həmçinin Federasiyanın digər əməkdaşları iştirak ediblər.


M.Quliyev çıxış edərək Federasiyanın kollektivini, bütün idmançı və məşqçiləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.


O, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına xüsusi diqqət göstərdiklərini bildirib. AVF prezidenti vurğulayıb ki,  məhz bunun nəticəsində bu gün idmançılarımız beynəlxalq arenalarda ölkəmizi uğurla təmsil edirlər.


M.Quliyev qeyd edib ki, Azərbaycan Velosiped Federasiyası da idman sahəsinin inkişafına öz töhfəsini verir. Velosipedçilərimiz beynəlxalq yarışlarda uğurla çıxış edir, ölkəmizdə bu idman növü üzrə mötəbər beynəlxalq yarışlar və tədbirlər müvəffəqiyyətlə təşkil olunur.


AVF prezidenti 2022-ci il ərzində aparılan uğurlu işlərə, əldə olunan nəticələrə görə Federasiyanın kollektivini, idmançı və məşqçi heyətini təbrik edib, onlara və bütün Azərbaycan idmançılarına 2023-cü ildə yeni-yeni uğurlar arzulayıb.


Daha sonra AVF-nin İcraiyyə Komitəsinin qərarı ilə 2022-ci il ərzində fərqlənən idmançı və məşqçilər təltif olunublar. Öncə Azərbaycan milli komandasının üzvləri mükafatlandırılıblar.


İlin ən yaxşı idmançıları Ayan Xankişiyeva və Musa Mikayılzadə, ilin ən nizam-intizamlı idmançıları Ömər Musayev və Radha Şabanova, ilin ən əzmkar velosipedçiləri isə Tural İsrafilov və Viktoriya Sidorenko seçiliblər. İdmançılara qiymətli hədiyyələr təqdim olunub. 


Yarışların keçirilməsinin təşkilində səmərəli fəaliyyətinə görə məşqçi Elçin Qəhrəmanov, ilin ən məsuliyyətli məşqçisi adına layiq görüldüyünə görə Sabir Həsənov, Federasiyasının daxili nizam-intizam qaydalarına ciddi surətdə əməl etdiyinə görə məşqçi Qurban Tağıyev fəxri fərmanla, Müdafiə Sənayesi Nazirliyi ilə səmərəli və işgüzar fəaliyyət qurduqlarına görə AVF-nin üzvü Elvin Heydərov və idman jurnalisti Pərviz Musayev “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər.


Azərbaycanın Elit/U23 yığma komandasının üzvləri Ayan Xankişiyeva və Musa Mikayılzadəyə Türkiyədə keçirilən V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələr əldə etdiklərinə görə Təşkilat Komitəsi tərəfindən göndərilən plaketlər, Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak etmiş milli komandamızın üzvlərinə isə yarışların iştirakçı sertifikatları təqdim olunub.


Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu