AVF-nin idmançı və məşqçiləri Şəkidə keçirilən idman festivalında fəal iştirak edirlər

17 noyabr, 2022 21:28

AVF-nin idmançı və məşqçiləri Şəkidə keçirilən idman festivalında fəal iştirak edirlər
AVF-nin idmançı və məşqçiləri Şəkidə keçirilən idman festivalında fəal iştirak edirlər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəki şəhərində idman festivalı keçirilir. Yeniyetmə idmançıların iştirakı ilə baş tutan "İdman Festivalı - 2022" adlı kütləvi idman tədbirinə noyabrın 14-dən start verilib.


Azərbaycan Velosiped Federasiyasının (AVF) idmançı və məşqçi heyətinin də qatıldığı festivalın ilk 3 günündə Şəki Olimpiya İdman Kompleksində iştirakçılar üçün əyləncəli-maarifləndirici fəaliyyətlər, ustad dərsləri, həmçinin Şəki şəhərinə ekskursiya təşkil edilib.


Noyabrın 17-dən isə şəhər mərkəzində olimpiya idman növlərinin nümayişinə başlanılıb. Burada peşəkar idmançılar nümunəvi hərəkətlər icra edir, qonaqlar özlərini müxtəlif idman növlərində sınayırlar.


AVF-nin idmançıları velosiped idman növü üçün ayrılmış sahədə xüsusi trenajorlarda məşqlər edir, mütəxəssislər isə ziyarətçilərə bu idman növü haqqında məlumatlar verirlər.


Qonaqlar təhlükəsizlik qaydalarına riayət etməklə məşqçilərin nəzarətində trenajorlarda velosiped sürürlər.


Festival zamanı gənclər və idman naziri Fərid Qayıbov velosipedçilərlə görüşərək, onlarla xatirə şəkli çəkdirib. 


Qeyd edək ki, noyabrın 19-da yekun vurulacaq festivala 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi qatılıb.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu