28 sentyabr, 2022 17:23
Ölkəmizdə “Avropa idman həftəsi” layihəsinin start götürməsi ilə əlaqədar sentyabrın 28-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin parkında idman festivalı keçirilib. “Be Active” devizi altında Avropa Komissiyasının təşəbbüsü ilə təşkil edilən layihə çərçivəsində baş tutan festivalda müxtəlif idman növləri üzrə çıxışlar nümayiş olunub.
Kütləvi idman tədbirində gimnastika, velosiped və para-velosiped, futbol, basketbol, voleybol, cüdo, boks, qılıncoynatma, güləş, karate, kapoeyra, otaxma, avarçəkmə, taekvondo, qolf, güllə atıcılığı və milli idman növləri təmsil olunub.
Azərbaycan Velosiped Federasiyasının idmançıları festivalda fəal iştirak ediblər. Velosipedçilərin nümunəvi çıxışları idman həvəskarlarının böyük marağına səbəb olub.
Festival çərçivəsində, həmçinin veloyürüş keçirilib. Yürüşdə AVF-nin idmançıları ilə yanaşı, şəhər sakinləri də iştirak ediblər.
Qeyd edək ki, saat 14:00-da start götürən festival 2 saat davam edib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu