AVF prezidenti Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək nümayəndə heyətini qəbul edib

18 iyul, 2022 10:00

AVF prezidenti Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək nümayəndə heyətini qəbul edib

AVF-nin İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov və milli komandanın baş məşqçisi Asif Həsənov məlumat veriblər ki, Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək festivalda ölkəmizi şose velosipedi üzrə yeniyetmələrdən ibarət milli komandamızın 6 üzvü təmsil edəcək. Həm fərdi, həm də qrup ötüşməsi növündə mübarizə aparacaq heyətə qızlardan İradə Əbdürəhmanova, Radha Şabanova və Ayan Məmmədzadə, oğlanlardan isə Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski daxil edilib.

Festivalda idmançılarımız iyulun 26-da fərdi, 28-də isə qrup ötüşməsi növlərində güclərini sınayacaqlar. Fərdi ötüşmə növündə  bütün velosipedçilər 8,4 km, qrup ötüşməsi növündə qızlar 57,8 km, oğlanlar isə 65,8 km məsafə qət edəcəklər.

Slovakiyaya ümumilikdə 9 nəfərdən ibarət nümayəndə heyəti yollanacaq.

Federasiya prezidentinə idmançıların yarışa hazırlığı, texniki təminatlarının və təhlükəsizliklərinin tam təmin edilməsi ilə bağlı məruzə edilib.

M.Quliyev festivala yollanacaq heyətə müvafiq tövsiyə və tapşırıqlarını verib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4000-ə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda velosiped, yüngül atletika, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika idman növlərində təmsil olunacaqlar.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu