AVF prezidenti Mədət Quliyev UCI-nin Praqada keçirilən iclasında iştirak edib

04 mart, 2023 20:22

AVF prezidenti Mədət Quliyev UCI-nin Praqada keçirilən iclasında iştirak edib

Martın 4-də Çex Respublikasının paytaxtı Praqa şəhərində Beynəlxalq Velosipedçilər (UCI) İttifaqının paylaşma platforması çərçivəsində iclas keçirilib. 44 ölkənin velosiped federasiyalarının prezidentləri, baş katibləri və nümayəndələrinin qatıldığı mötəbər tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də iştirak edib.


Tədbir çərçivəsində Mədət Quliyev UCI-nin vitse-prezidenti, Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti Enriko Della Kasa və Türkiyə Velosiped Federasiyasının prezidenti Emin Müftüoğlu ilə görüşüb.

Digər xəbərlər

Bütün xəbərləri gör

19 iyun, 2022 20:59

2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.

Davamını oxu

15 iyun, 2022 19:05

Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək

Davamını oxu

04 iyun, 2022 17:44

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.

Davamını oxu