04 sentyabr, 2022 15:17
Milli yığma komandanın velosipedçilərinin hazırlıq səviyyəsini
daim diqqətdə saxlayan Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan
Velosiped Federasiyasının prezidenti Mədət Quliyev hər bir idmançı ilə fərdi şəkildə
görüşür və söhbətlər aparır.
Federasiya prezidenti bu dəfə Elit/U23 yığma komandasının
üzvü Ayan Xankişiyeva ilə görüşüb və onunla bir sıra məsələlər haqda
danışıblar. Görüş zamanı velosipedçinin V İslam Həmrəyliyi Oyunlarındakı
çıxışları, onun medal qazanmağa çox yaxın olması, iki növdə 4-cü yerdə qərarlaşması,
idmançının fiziki, taktiki-texniki hazırlığı və digər mövzularda müzakirələr
aparılıb.
M.Quliyev millimizin üzvünə müvafiq tapşırıq və tövsiyələrini
verib və onunla birlikdə veloyürüşdə iştirak edib.
Qeyd edək ki, Federasiya prezidentinin velosipedçiləri hər
zaman xüsusi diqqətdə saxlaması, milli komandanın üzvləri ilə fərdi şəkildə
görüşməsi idmançılarımızda böyük ruh yüksəkliyi yaradır və onlar daha da səylə
hazırlaşaraq yüksək nəticələr qazanmağa çalışırlar.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu