14 may, 2022 16:16
Mayın 13-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Federasiyanın inzibati binasında Monqolustan Gimnastika Federasiyasının icraçı direktoru, baş katibi Yeruulbat Galbadrakh, Monqolustan İdman Korporasiyasının baş icraçı direktoru Khosbayar Bat-Erdene və Monqolustan İdman Korporasiyasının idman direktoru Ankhbayar Ayar ilə görüşüb.
Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə tanış olan qonaqlara ölkəmizin zəngin idman ənənələri, Azərbaycanda idmanın inkişafı, idmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlu nailiyyətlərlə bağlı məlumatlar verilib və bildirilib ki, dünyanın ən nüfuzlu yarışları Azərbaycanda yüksək peşəkarlıq və uğurla təşkil edilir.
Qonaqlarla qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb. Öz növbəsində monqolustanlı idman rəsmiləri Azərbaycanda olmaqdan, ölkəmizdə dövlət tərəfindən idmana xüsusi diqqət göstərilməsindən, idmançılar üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildiriblər və qonaqpərvərliyə görə minnətdarlıqlarını çatdırıblar. Görüşün sonunda xatirə şəkli çəkdirilib.
Bütün xəbərləri gör
2022-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən iyun ayının 18-19-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının (AVF) birgə təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan çempionatı keçirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda U17, gənclər və U23/Elit yaş kateqoriyası üzrə oğlanlar və qızlar mübarizə aparıblar.
Davamını oxu
Şose velosipedi üzrə Azərbaycan çempionatı keçiriləcək
Davamını oxu
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Tour of Albania” yarışının sonuncu - 5-ci mərhələsi başa çatıb. Yarışda mübarizə aparan Azərbaycanın Elit/U23 yığma komandasının kapitanı Elçin Əsədov 109 km-lik bu yarış günündə uğurlu nəticə göstərərək mərhələni 2-ci yerdə tamamlayıb və 3 reytinq xalı əldə edib. Birinci yerdə Albaniya yığmasının üzvü Ylber Sefa, üçüncü yerdə isə Xorvatiyanın “Meridiana Kamen Team” komandasının üzvü Antonio Barak qərarlaşıb.
Davamını oxu